Salahdan növbəti xeyirxah addım

“Liverpul”un misirli hücumçusu Məhəmməd Salah xeyirxah addımı ilə gündəmə gəlib.

Komanda.az “The Sun”a istinadən xəbər verir ki, futbolçu, Misirin Naqriq şəhərində təcili tibbi yardım mərkəzi tikdirir. 28 yaşlı futbolçu mərkəzin inşası üçün 30 min funt-sterlinq bağışlayıb. Tibb mərkəzi ümumilikdə 30 min insana xidmət edə biləcək.

Salah daha əvvəl ölkəsində qızlar məktəbi, idman kompleksi tikdirmişdi.