Salah koronavirusa qalib gəldi

İngiltərənin “Liverpul” klubunun koronavirusa yoluxan futbolçusu Məhəmməd Salah sağalıb.

Komanda.az xəbər verir ki, misirli hücumçunun son koronavirus testi neqativ nəticələnib. Bu barədə komandanın baş məşqçisi Yurgen Klopp məlumat verib.

Məlumata görə, Salah artıq komanda ilə məşqlərə qatılmağa hazırdır.

Salahın noyabrın 13-də – Misir millisinin düşərgəsində olarkən koronavirus testi pozitiv nəticələnib.