Salah: “Buna görə digər turnirləri qurban verməyə hazıram”

“Liverpul”un futbolçusu Məhəmməd Salah İngiltərə mətbuatına açıqlama verib.

Komanda.az xəbər verir ki, “Sky Sports”a danışan misirli hücumçu, komandasının əsas hədəfinin İngiltərə Premyer Liqasını qazanmaq olduğunu deyib:

“Çempionlar Liqası ən prestijli turnirdir, ancaq “Liverpul” klubunun və azarkeşlərinin ən böyük istəyi Premyer Liqanı qazanmaqdır. Buna görə digər turnirləri qurban verməyə hazıram. Hər iki turnirdə qalib olmaq mükəmməl olar. Biz bunun üçün çalışacağıq”.

“Liverpul” Premyer Liqada 30 turdan sonra 73 xalla ikinci sıradadır. Mersisayd təmsilçisi lider “Mançester Siti”dən bir xal geridədir.