Sala öldürülüb? – Yeni iddia

Təyyarə qəzasında həyatını itirən argentinalı futbolçu Emiliano Salanın ölümüylə bağlı yeni iddia ortaya atılıb.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Salanın qohumlarından olan Martin Qatti, mərhum futbolçunun öldürüldüyünü iddia edib:

“Məni, təyyarənin qəzaya uğradığına və içindəkilərin öldüyünə inandıra bilməzlər. Salanın ailəsi də bu fikirdədir. Bu qəzanın əvvəlindən uyğunsuzluqlar görürəm. Deyilənlər və olanlar üst-üstə düşmür.

Emilianonun təyyarəyə zorla mindirildiyini düşünürəm. Təyyarə yaxşı vəziyyətdə deyil, pilot uçuşa hazır deyil, hələ gecə vaxtı da yola çıxırlar. Bəs Salanın təmsilçiləri hardaydı? Təkrar soruşuram, hardaydı təmsilçilər?”

“Nant”dan “Kardiff Siti”yə transfer olunan Emiliano Sala, təyyarə qəzasında həyatını itirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button