Çempionlar turu: Rəcəbov və Məmmədyarov iştirakçılar arasında

Şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar turunun 4-cü mərhələsinin iştirakçılarının adları açıqlanıb.

Komanda.az xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb. Turnirdə Azərbaycanı Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov təmsil edəcək. 4-cü mərhələdə 16 şahmatçının iştirakı nəzərdə tutulub. Bunlardan 14-nün adı artıq məlumdur.

Digər iki şahmatçı isə Nils Qrandelius (İsveç), Aryan Tari (Norveç), Alan Piçot (Argentina) və Maks Varmerdamın (Niderland) iştirakı ilə bu gün keçiriləcək təsnifat yarışından sonra bəlli olacaq.