“Şah” bu gün rusiyalı şahmatçı ilə qarşılaşacaq

Azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov bu gün Rumıniyanın paytaxtı Buxarestdə “Grand Chess Tour” seriyasının birinci mərhələsi olan “Superbet Chess Classic” turnirində növbəti görüşünü keçirəcək.

Komanda.az xəbər verir ki, 37 yaşlı qrossmeyster dairəvi sistemlə təşkil olunan yarışın 7-ci turunda FİDE bayrağı altında çıxış edən rusiyalı Yan Nepomnyaşi ilə üz-üzə gələcək. O, qara fiqurlarla oynayacaq.

Məmmədyarov 1-ci turda Uesli Soya (ABŞ), 5-ci turda Fabiano Karuanaya (ABŞ) uduzub.

“Şah” 2, 3,  4 və 6-cı turlarda müvafiq olaraq Rixard Rapport (Macarıstan), Maksim Vaşye-Laqrav (Fransa), Boqdan Danyel-Dayakla (Rumıniya) və Alireza Firuzca (Fransa) ilə heç-heçə edib. O, hazırda 2 xalla sonuncu – 10-cu pillədə qərarlaşıb.

Mayın 14-dək davam edəcək yarışın ümumi mükafat fondu 350 000 dollardır.

Ötən il baş tutmuş “Superbet Chess Classic” turnirinin qalibi Şəhriyar Məmmədyarov olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button