“Menecerimlə söhbətdən sonra bu klubun formasını geyinmək istədiyimə əmin oldum” – Kavani

“Mançester Yunayted”ə transfer olunan Edinson Kavani keçidlə bağlı açıqlama verib.

Komanda.az xəbər verir ki, uruqvaylı futbolçu, “qırmızı şeytanlar”ın şərəfini qoruyacağı üçün xoşbəxt olduğunu bildirib:

“Mançester Yunayted” dünyanın ən böyük klublarından biridir, buna görə də, burda olmaq mənim üçün şərəfdir. Karyeram ərzində bir çox çılğın azarkeşlərin qarşısında oynamışam, yeni klubumda da eynisinin olacağına əminəm. Azarkeşlərin “Old Trafford”a qayıtmasından sonra olacaqları səbirsizliklə gözləyirəm.

Menecerimlə söhbətdən sonra bu klubun formasını geyinmək istədiyimə əmin oldum. Son vaxtlar çox çalışmışam, indi isə bu klubu təmsil etmək istəyirəm. Sadəcə işimə köklənməliyəm”.