“Sadəcə gözləməli və “Real”ın nə edəcəyini görməliyik” – Setyen

İspaniya La Liqasının 35-ci turu çərçivəsində “Espanyol”a 1:0 hesabı ilə qalib gələn “Barselona”nın baş məşqçisi Kike Setyen açıqlama verib.

Komanda.az xəbər verir ki, 61 yaşlı mütəxəssis, möhtəşəm oyun göstərmədiklərini bildirib:

“Möhtəşəm oyun göstərmədik. Rəqib çox yaxşı müdafiə olunurdu. “Espanyol” qapalı oyun nümayiş etdirirdi və boş sahə tapa bilmirdik. Bu qədər güclü müdafiəyə qarşı oynamaq və qol vurmaq çox çətin idi.

“Real”ın xal itirməsi bizim işimiz deyil. Sadəcə gözləməli və “Real”ın nə edəcəyini görməliyik”.

35 turdan sonra 76 xal toplayan “Barselona” bir oyun az keçirən lider “Real”dan bir xal geri qalır.