Sabiq “Qalatasaray”lı İsraildə həbs olundu

Bir vaxtlar Türkiyənin “Qalatasaray” klubunda da forma geyinmiş rumıniyalı futbolçu Qabriel Tamas İsraildə həbs olunub.

Komanda.az xəbər verir ki, hazırda Hayfa “Hapoel”ində forma geyinən müdafiəçi içkili halda avtomobil idarə etdiyinə görə saxlanılıb. Onun avtomobilini saatda 205 km sürətlə sürdüyü isbatlandığı üçün, İsrail məhkəməsi tərəfindən 30 günlük həbs cəzasına məruz qalıb.

Rumıniya yığmasında 65 oyuna çıxan Tamas, karyerası ərzində “Hapoel” və “Qalatasaray”dan başqa, Buxarest “Dinamo”sunda, Moskva “Spartak”ında, “Vest Bromviç”, “Uotford”, “Oser”, “Kardiff Siti” kimi klublarda da forma geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button