Sabiq “Monako”lu Macarıstan klubunda

“Monako”nun sabiq hücumçusu Lasina Traorenin yeni klubu bəlli olub.

Komanda.az xəbər verir ki, 28 yaşlı forvard Macarıstan “Uypeşt”inə transfer olunub. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Traore ilə bağlanan müqavilənin detalları açıqlanmayıb.

Karyerası ərzində “Monako”, ÇSKA (Moskva), “Anji”, “Kuban” kimi komandalarda çıxış edən Traorenin son iş yeri Fransanın “Amyen” klubu olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button