Sabiq “Barselona”lıdan Koutinyoya məktub: Yaşadıqlarını başa düşürəm, ancaq…

“Barselona”nın sabiq futbolçusu Xristo Stoiçkov, Kataloniya təmsilçisinin üzvü Flippe Koutinyoya məktub yazıb.

Komanda.az xəbər verir ki, bolqarıstanlı keçmiş hücumçu, İspaniyanın “El Mundo Deportivo” nəşrində yayımlanan məktubunda bunları deyib:

“Bu komandanın tarixinin ən istedadlı futbolçularından birisən. Çətin günlərin də olacaq, hələ təzəsən. Yaşadıqlarını başa düşürəm, ancaq sənin yerində olmaq istəyən futbolçu çoxdur.

“Barselona”dan ayrılmağı heç vaxt düşünmə. Çünki bu klubun dünyada bənzəri yoxdur. Lionel Messinin “Sevilya”yla matçda penalti zərbəsini sənə həvalə etməsi, 2 qol vurmağın çox dəyərlidir. Uğurlar əldə edəcəyinə inanıram”.

Stoiçkov 1990-1995-ci illər aralığında “Barselona”nın şərəfini qoruyub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button