“Sabah”la “Keşlə”nin 5-ci dueli

Futbol üzrə Azərbaycan Premyer Liqasının 2-ci turu çərçivəsində “Keşlə” bu gün “Sabah”ın qonağı olacaq.

Komanda.az xəbər verir ki, bu, tərəflərin öz aralarında keçirəcəyi 5-ci qarşılaşmadı.

Buna qədər “Keşlə” çıxdığı 4 matçın ikisində qələbə qazanıb, bir heç-heçəyə imza atıb və bir dəfə də məğlub olub. Sözügedən komanda son 3 qarşılaşmanın heç birində rəqibinə uduzmayıb. Topların nisbətinə gəldikdə, 4 matçda “Keşlə” rəqib qapılarına 6 dəfə yol tapıb, 3 qol buraxıb.

“Keşlə”nin heyətində “Sabah”a ən çox qol vurmuş futbolçu Conatan Ayite olub (3 qol). Həmçinin hərəyə 1 dəfə Sərtan Taşqın, Denis Silva Kruz və Cabir Əmirli fərqləniblər.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button