“Sabah”ın yubiley qolu

“Sabah” Premyer Liqada 50-ci qolunu vurub. Yubiley qolu 11-ci turun “Keşlə” ilə oyununa (1:1) təsadüf edib.

Komanda.az PFL-ə istinadən xəbər verir ki, görüşün 60-cı dəqiqəsində hesabı açan Kevin Kubemba klub tarixinə yubiley qolunun müəllifi kimi düşüb.

“Sabah” 50-ci qolu Premyer Liqada keçirdiyi 59-cu matçda vurub. Bakılılar evdə 27, səfərdə 23 dəfə fərqlənib. Paytaxt təmsilçisi 2018/19 mövsümündə 20, 2019/20 mövsümündə 19, cari çempionatda 11 dəfə fərqlənib.

“Sabah”ın ilk qolunu Marko Deviç 2018-ci il avqustun 18-də, “Keşlə” ilə matçda (1:0) vurmuşdu.