“Sabah”ın yeni transferi məşqlərə başladı

“Sabah”ın yeni transferi Marko Deviç komandaya qoşulub.

Komanda.az xəbər verir ki, bu barədə Bakı təmsilçisinin rəsmi “facebook” səhifəsi məlumat yayıb. Dünən “Sabah”la müqavilə imzalayan Deviç, bu gün Bakı təmsilçisi ilə ilk məşqinə çıxıb.

Deviç “Sabah”la mövsümün sonuna qədər müqavilə imzalayıb. Ukrayna millisinin sabiq üzvü 2018/19 mövsümündə də “Sabah”ın şərəfini qoruyub. Marko bu komandanın Premyer Liqada ilk qolunun müəllifidiR. O, ötən mövsüm “Sabah” formasıyla çıxdığı 21 oyunda 8 qola imza atıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button