“Sabah”ın yeni transferi əməliyyat olundu

“Sabah”ın yeni transferi Aleksey İsayev əməliyyat olunub.

Komanda.az xəbər verir ki, bu barədə 24 yaşlı yarımmüdafiəçi “instagram” hesabında məlumat yayıb. İsayev, Bakıdakı klinikaların birində əməliyyat olunub.

Futbolçunun yaşıl meydanlara qayıdacağı vaxt məlum deyil.

Son mövsümü “Sumqayıt”da keçirən İsayev, bir müddət əvvəl “Sabah”la 3 illik müqavilə imzalayıb.