“Sabah”ın üzvü “Qəbələ”nin məşqlərində

“Sabah” klubunun akademiyasının qapıçılar üzrə məşqçisi Xəyal Zeynalov, “Qəbələ” akademiyasından olan həmkarları Sahil Kərimov, Elçin Rzazadə və Oruc Quliyev, həmçinin Tbilisi “Dinamo”sundan Levan Abaşidze ilə birlikdə təcrübə mübadiləsi və ortaq məşqlərdə iştirak edir.

Komanda.az “Sabah”ın “facebook” səhifəsinə istinadən xəbər verir ki, “Qəbələ” akademiyasında keçirilən məşqlərə hər 3 klubdan 10-dan çox yeniyetmə qapıçı qatılıb.