“Sabah”ın sonuncu rəqibi bəlli oldu

Türkiyənin Antalya vilayətinin Belek bölgəsində təlim-məşq toplanışında olan “Sabah”ın hazırlıq çərçivəsində qarşılaşacağı son rəqib bəlli olub.

Komanda.az xəbər verir ki, paytaxt təmsilçisi Rusiyanın “Spartak” klubunun əvəzediciləri ilə qarşılaşacaq. Moskva təmsilçisi ilə görüş yanvarın 21-də baş tutacaq.

Xatırladaq ki, yanvarın 8-dən Türkiyədə təlim-məşq toplanışında olan “Sabah”, toplanış çərçivəsində Macarıstanın “Pakş” (0:2) və Rumıniyanın “Akademika Klinçeni” (0:0) klubları ilə qarşılaşıb. Komanda yanvarın 19-da Qazaxıstan “Kaysar”ı ilə üz-üzə gələcək.