“Sabah”ın qış hazırlıq planı açıqlandı

“Sabah”ın qış hazırlıq planı bəlli olub.

Komanda.az xəbər verir ki, Visente Qomesin çalışdırdığı komanda mövsümün ikinci yarısının hazırlığına yanvarın 8-də, “Bank Respublika Arena”da start verəcək.

“Sabah” hazırlıq çərçivəsində yanvarın 14-də “Səbail”lə yoxlama oyununda qüvvəsini sınayacaq. Görüş “Bank Respublika Arena”da baş tutacaq. Matçın keçiriləcəyi saatla bağlı əlavə məlumat veriləcək.

Qeyd edək ki, “Sabah” Premyer Liqada fasilədən sonrakı ilk matçında yanvarın 21-də “Qarabağ”la qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button