“Sabah”ın “Neftçi” ilə oyunda zədələnən futbolçusunun durumu bəlli oldu

“Sabah”ın Premyer Liqanın ilk turunun “Neftçi” ilə matçında (1:1) zədələnən futbolçusu Abbas Ağazadənin durumuna aydınlıq gəlib.

Oyunun 71-ci dəqiqəsində zədələnərək, yerini Şakir Seyidova verən 20 yaşlı yarımmüdafiəçinin zədəsi ciddi deyil. Bu barədə “Sabah”ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidov Komanda.az saytına məlumat verib.

Abbas, “Sabah”ın avqustun 25-də “Keşlə” ilə qarşılaşacağı matçda iştirak edə bilər.