“Sabah”ın oyunu canlı yayımlanacaq

Mövsümün ikinci yarısına hazırlığı davam etdirən “Sabah”ın “Səbail”lə yoxlama oyunu canlı yayımlanacaq.

Komanda.az xəbər verir ki, yoxlama matçı “Sabah” klubunun “youtube” kanalı vasitəsilə canlı yayımlanacaq. Görüş yanvarın 14-də, saat 16:00-da “Bank Respublika Arena”da start götürəcək.

Xatırladaq ki, “Sabah” qış fasiləsindən sonra Premyer Liqada ilk oyununu “Qarabağ”`a qarşı keçirəcək. Qarşılaşma yanvarın 21-də, saat 18:00-da “Bank Respublika Arena”da keçiriləcək. 

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button