“Sabah”ın legioneri Ukrayna klubuna qayıtmaq istəmir

“Sabah”da icarə əsasında çıxış edən braziliyalı futbolçu Lukas Rangel müqavilə ilə məxsus olduğu Ukraynanın “Vorskla” klubuna qayıtmaq istəmir.

Komanda.az xəbər verir ki, bu barədə 26 yaşlı hücumçu ölkəsinin mətbuatına açıqlama verib.

Cari mövsümün sonunda Bakı klubu ilə sözləşməsi başa çatacaq forvard hələlik gələcəyi ilə bağlı qərar vermədiyini bildirib:

“Ukraynada oynamış həmkarlarımla çox danışıram. Heç kim ora dönmək niyyətində deyil. Artıq başqa klublar da mənimlə maraqlanır. Hər şeyi təhlil etdikdən sonra addım atacağam. İstənilən halda özümü Avropadan kənarda görmürəm”.

Xatırladaq ki, Lukas Rangel Ukraynada müharibə başladıqdan sonra ölkəni tərk edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button