“Sabah”ın keçmiş futbolçusu Ukrayna klubuna keçdi

Azərbaycanda “Səbail” və “Sabah” komandalarında çıxış etmiş konqolu futbolçu Kevin Kubemba Ukraynanın “Çernomorets” klubuna keçib.

Komanda.az Odessa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 29 yaşlı hücumçu ilə imzalanmış müqavilənin detalları açıqlanmayıb. Kubemba Premyer Liqa klubuna azad agent kimi transfer olunub.

Hazırda “Çernomorets”ə “Qəbələ”nin sabiq baş məşqçisi Roman Qriqorçuk rəhbərlik edir.

Kubemba 2018-2019-cu illərdə “Səbail”in, 2019-2021-ci illərdə isə “Sabah”ın şərəfini qoruyub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button