“Sabah”ın isveçrəlilərlə oyunu saat neçədə başlayacaq?

Antalyada təlim-məşq toplanışında olan “Sabah” hazırlıq çərçivəsində son yoxlama oyununu İsveçrənin “Syon” klubunun U-21 komandasına qarşı keçirəcək.

Komanda.az klubun “facebook” səhifəsinə istinadən xəbər verir ki, görüş sabah yerli vaxtla saat 15:00-da (Bakı vaxtı ilə 16:00), “İC Santai” otelinin meydançasında baş tutacaq.

Xatırladaq ki, “Sabah” Antalya toplanışı çərçivəsində daha öncə keçirdiyi oyunlarda Türkiyənin “Əskişəhərspor” klubunu məğlub edib (1:0), Qazaxıstan “Tobol”uyla heç-heçə edib (2:2), Macarıstan təmsilçisi “MTK Budapeşt”dən isə üstün olub (3:1).

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button