“Sabah”ın hazırlıq planı bəlli oldu

“Sabah”ın 2019/20 mövsümü üçün hazırlıq planı bəlli olub.

Komanda.az klubun saytına istinadən xəbər verir ki, “Sabah” iyunun 17-də Bakıda toplaşacaq. Paytaxtda keçiriləcək hazırlıq iyulun 13-dək davam edəcək. Bu müddətdə 4 yoxlama oyunu keçiriləcək.

Hazırlığın ikinci mərhələsi isə Türkiyənin Bolu şəhərində olacaq. “Sabah” iyulun 16-da Türkiyəyə yollanacaq. Burdakı təlim-məşq toplanışı iyulun 29-dək davam edəcək. “Sabah” Boluda 4 yoxlama oyununda qüvvəsini sınayacaq.