“Sabah”ın futbolçusuna milli komandadan dəvət

“Sabah”ın futbolçusu Yevgeni Koçuk Moldova milli komandasına dəvət alıb.

Komanda.az xəbər verir ki, Koçuk Moldova millisinin UEFA Millətlər Liqasında yeni mövsümün ilk iki oyunu üçün açıqlanan heyətində yer alıb.

Avqustun 29-da hazırlığa başlayacaq Moldova yığması sentyabrın 3-də ilk oyununu keçirəcək. Milli Kosovo ilə qarşılaşacaq. Komanda sentyabrın 6-da isə səfərdə Sloveniya ilə üz-üzə gələcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button