Ruslan Abışov: “İnanıram ki, qələbə bizim olacaq”

“Sabah”ın futbolçusu Ruslan Abışov “facebook” səhifəsində cəbhədə baş verən hadisələrlə bağlı paylaşım edib.

Komanda.az xəbər verir ki, 32 yaşlı müdafiəçi paylaşımında bunları qeyd edib:

“Yaxşı xəbər görmək arzusu ilə, tez-tez saytları izləyirəm. Dualarımız əsgərlərimizlədir. Hələ ki, gücümüz dua etməyə çatır. Ürəyimiz prezidentimiz, ordumuz və vətənimizlədir. İnanıram ki, qələbə bizim olacaq. Allah bütün əsgərlərimizi qorusun. Şəhid olan qardaşlarımıza Allah rəhmət eləsin. Vətən sağ olsun!”