“Sabah”ın futbolçusu rəsmən “Sumqayıt”da

2020/21 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçunu heyətinə cəlb edib.

Komanda.az xəbər verir ki, “gənclik şəhəri” təmsilçisi son mövsümü Albaniya “Bilis”ində icarədə keçirən, müqavilə ilə “Sabah”a məxsus olan mərkəz müdafiəçisi Eltun Turabovla müqavilə imzalayıb.

O, qarşıdakı mövsümdə “Sumqayıt”da icarə əsasında çıxış edəcək. 23 yaşlı futbolçu yeni komandasında “33” nömrəli formanı geyinəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button