“Sabah”ın daha bir komandası çempion oldu

AFFA-nın təşkil etdiyi U-15 Liqasında mövsümə yekun vurulub.

Komanda.az xəbər verir ki, “Sabah” son turda “Şamaxı”nı Elgün İsaqov, İbrahim Xəlilov və Sakit Məmmədovun qollarıyla 3:0 hesabıyla məğlub edib.

Bu qələbədən sonra xallarının sayını 16-ya çatdıran “Sabah”ın U-15 komandası mövsümü çempion kimi başa vurub.

Qeyd edək ki, bir neçə gün öncə “Sabah”ın U-16 komandası da öz liqasında çempion olmuşdu.