“Sabah”ın baş məşqçisi ardıcıl 5-ci məğlubiyyəti şərh etdi

“Sabah”ın baş məşqçisi Visente Qomes Azərbaycan Premyer Liqasının 8-ci turu çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, ispan mütəxəssis 1:2 hesablı məğlubiyyətlə üzləşdikləri oyundan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:

“Birinci hissədə oyuna nəzarət edən tərəf biz idik. Ancaq əldə etdiyimiz qol fürsətlərindən istifadə edə bilmədik. Rəqib isə ilk hissənin sonlarında və ikinci hissənin əvvəlində fərqlənməyi bacardı. Meydanda azlıqda qalmağımız işimizi bir az da çətinləşdirdi. Buna baxmayaraq, futbolçularım meydanda əllərindən gələni etdilər, qol da vurduq. Lakin digər qol fürsətlərini dəyərləndirə bilmədik və məğlub olduq”.