“Sabah”ı “Sumqayıt”la oyuna o çıxaracaq

“Sabah”ı Azərbaycan Premyer Liqasının 8-ci turu çərçivəsində baş tutacaq “Sumqayıt”la oyuna kimin çıxaracağı müəyyənləşib.

Komanda.az xəbər verir ki, sözügedən oyunda komandanı meydana Ramin Quliyevin köməkçisi İlkin Hüseynov çıxaracaq.

“Sabah”da Ramin Quliyev baş məşqçi postundan istefa verib. Sözügedən oyun isə sabah – oktyabrın 23-də keçiriləcək.