“Sabah”ı “Qəbələ” ilə matça kimin çıxaracağı bəlli oldu

“Sabah”ı Azərbaycan Premyer Liqasının 9-cu turu çərçivəsində baş tutacaq “Qəbələ” ilə matça klubun idman direktoru İqor Ponomaryov çıxaracaq.

Komanda.az xəbər verir ki, bu barədə 61 yaşlı mütəxəssisin özü məlumat verib. Onun sözlərinə görə, komandanı qarşıdakı oyuna özü hazırlayır. (Report)

Oktyabrın 31-də keçiriləcək “Qəbələ” – “Sabah” matçına saat 16:00-da start veriləcək.

Xatırladaq ki, “Sabah” oktyabrın 21-də sabiq baş məşqçisi Ramin Quliyevlə vidalaşıb. Bu üzdən komandanı bundan öncəki “Sumqayıt”la matça da İqor Ponomaryov çıxarmışdı.

“Sabah”da baş məşqçi vəzifəsinə bir neçə namizəd var. Onlardan biri də son olaraq Rusiya “Krasnodar”ına başçılıq etmiş Murad Musayevdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button