“Sabah”dan yeni transfer- rəsmi

“Sabah” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az klubun saytına istinadən xəbər verir ki, yarımmüdafiəçi Aleksey İsayev bundan sonra “Sabah”ın uğurları üçün çalışacaq. 24 yaşlı futbolçu ilə 3 illik müqavilə bağlanıb.

İsayev karyerası ərzində Rusiyanın “Yenisey” (2014-17, 2017/18) və “Zenit-2” (2016/17) klublarında çıxış edib. Azərbaycan millisinə də dəvət almış futbolçunun son komandası “Sumqayıt” (2018-2020) olub.