“Sabah”dan yeni transfer açıqlaması – Ramil Şeydayev?

“Sabah” klubu yeni futbolçu transfer edəcək.

Komanda.az xəbər verir ki, bu barədə Bakı təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Belə ki, “Sabah”ın rəsmi “instagram” hesabından edilən paylaşımda “o, sabah gəlir” deyə qeyd olunub.

“Sabah” klubunun yeni transferinin hücumçu olacağı gözlənilir. Klubdan edilən anonsda futbolçunun xüsusiyyətləri arasında sərrast olmağı da qeyd olunub. Bu futbolçunun Ramil Şeydayev olduğu ehtimal olunur.

Hazırda azad agent statusu daşıyan hücumçunun son klubu Moskva “Dinamo”su olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button