“Sabah”dan növbəti transfer – rəsmi

“Sabah” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az klubun saytına istinadən xəbər verir ki, “Sabah” Azərbaycan U-19 millisinin hücumçusu Camal Cəfərovla 5 illik müqavilə bağlayıb.

“Anji” futbol akademiyasının yetirməsi olan Camal, son mövsümdə bu klubun əvəzedici komandasında çıxış edib.

Növbəti mövsüm üçün transfer çalışmalarını davam etdirən “Sabah”, daha öncə Amin Seydiyev, İdris İnqilablı, Samir Məhərrəmli, Nicat Mehbalıyev, Slavik Alxasov və Aleksey İsayevi heyətinə cəlb edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button