“Sabah”da daha bir ayrılıq

“Sabah” klubu daha bir legioner futbolçusu ilə yollarını ayırıb.

Komanda.az-a klubdan daxil olan məlumata görə, Bakı təmsilçisi Erik Ramosla yollarını ayırıb. Paraqvaylı yarımmüdafiəçinin müddəti bitən müqaviləsi yenilənməyib. Ramos, 2018-ci ilin yayından “Sabah”da çıxış edirdi.

“Sabah” Ramosdan əvvəl Tərlan Əhmədli, Vanderson Silva, Bəxtiyar Soltanov, Novruz Məmmədov və Tərzin Cahangirovla da yollarını ayırıb. Paytaxt təmsilçisi “Sumqayıt”dan Cavid Tağıyevi, “Səbail”dən Kevin Kubembanı və “Neftçi”dən ayrılan Ruslan Abışovu heyətinə qatıb.