“Sabah” yeni transferini sifariş etdi

“Sabah” yeni transferi Əmirhüseyn Nəcəfini Peşəkar Futbol Liqasında qeydiyyatdan keçirib.

Komanda.az xəbər verir ki, bu barədə PFL-in mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, Premyer Liqada cari mövsümün qalan hissəsi üçün sifariş edilən 22 yaşlı qolkiperin adı artəq Bakı təmsilçisinin iştirak ərizəsində yer alıb.

Beləliklə, baş məşqçi Elşad Əhmədov şans verəcəyi təqdirdə, o, Premyer Liqanın 17-ci turunda keçiriləcək “Səbail”lə matçda debüt edəcək.

Qeyd edək ki, fevralın 17-də keçiriləcək “Səbail” – “Sabah” oyununa saat 15:00-da start veriləcək.