“Sabah” yeni formalarını təqdim etdi VİDEO

“Sabah” klubu yeni mövsümdə geyinəcəyi formaları təqdim edib.

Komanda.az klubun saytına istinadən xəbər verir ki, formalar “Macron” firması tərəfindən, “Sabah”ın təqdim etdiyi xüsusi dizaynla hazırlanıb.

Ev oyunları üçün nəzərdə tutulmuş forma klubun əsas – göy-ağ rənglərindədir. Göy və ağ rənglər ciddilik, məqsədyönlülük, inam, güc və qüvvəti əks etdirir. Bu rənglərin formalaşdırdığı zolaqlar məhz qeyd olunan amillərin vəhdətidir.

Səfər oyunları üçün hazırlanmış forma isə futbol akademiyasının bünövrəsini təşkil edən “Vətən” Futbol Məktəbinin rənglərinə uyğun olaraq sarı-qara rəngdədir. Formanın üzərində əks olunmuş günəş şüaları sabaha açılan yeni gün, yeni ümidlər, yeni qələbələri təcəssüm etdirir.