“Qarabağ” cərimə edildi – gecikdiyi üçün

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Komanda.az xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasının 2-ci turunda baş vermiş qayda pozuntuları ilə bağlı aşağıdakı qərarlar verilib:

Premyer Liqanın 2-ci turunun “Keşlə” – “Qarabağ” oyununda “Qarabağ” klubu AFFA nümayəndəsinin əsasnaməyə uyğun verdiyi göstərişləri (texniki zonada 1 boş oturacaq və ya bunun qədər məsafə qaydasına riayət etmək) yerinə yetirmədiyi üçün klub 800 manat cərimə olunur.

Premyer Liqanın 2-ci turunun “Keşlə” – “Qarabağ” oyununda “Qarabağ” komandası stadiona gələrkən gecikdiyi üçün klub 800 manat cərimə olunur.

Premyer Liqanın 2-ci turunun “Neftçi” – “Sumqayıt” oyununda “Neftçi” klubunun futbolçusu Anton Krivotsyuk qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.

Premyer Liqanın 2-ci turunun “Səbail” – “Zirə” oyununda “Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur.

Premyer Liqanın 2-ci turunun “Sabah” – “Qəbələ” oyununda “Sabah” klubunun futbolçusu Slavik Alxasov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.

Premyer Liqanın 2-ci turunun “Sabah” – “Qəbələ” oyununda “Qəbələ” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur.