“Sabah” ukraynalı qapıçı transfer etdi

“Sabah” heyətini yeni futbolçuyla gücləndirib.

Komanda.az xəbər verir ki, paytaxt klubu gənc qapıçı Oleq Karnauxu transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Onunla 3 illik müqavilə imzalanıb.

21 yaşlı qolkiperin son klubu “Tavriya” (Ukrayna) olub. O, peşəkar karyerasına Ukraynanın digər klubu “İliçevets”də başlayıb.

Karnaux vaxtilə Azərbaycanın U-17 milli komandasının üzvü olub.