“Sabah” Türkiyə klubuna qalib gəldi

Türkiyədə təlim-məşq toplanışında olan “Sabah” bu gün ilk yoxlama oyununu keçirib.

Komanda.az xəbər verir ki, “Sabah” Türkiyənin birinci liqasında çıxış edən“Əskişəhərspor”la qarşılaşıb. Oyun Bakı vaxtı ilə saat 16:30-da başlayıb və Azərbaycan klubunun qələbəsi ilə başa çatıb.

“Sabah” növbəti yoxlama matçını yanvarın 16-da Qazaxıstan “Tobol”una qarşı keçirəcək.

Yoxlama oyunu

12 yanvar

Sabah (Azərbaycan) – Əskişəhərspor (Türkiyə) 1:0

Qol: 
Emil Qasımov, 68.

Sabah: 30. Saşa Stamenkoviç, 77. Şakir Seyidov, 13. Filip İvanoviç, 5. Kərim Diniyev, 25. Vanderson Silva, 2. Təmkin Xəlilzadə, 8. Elşən Abdullayev, 15. Erik Ramos, 6. Vadim Abdullayev, 7. Rəşad Eyubov, 9. Marko Deviç.

Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 10. Cavid İmamverdiyev, 19. Məqsəd İsayev, 11. Elgün Nəbiyev, 4. Tərzin Cahangirov, 33. Eltun Turabov, 97. Emil Qasımov, 12. Zahid Mərdanov, 21. Novruz Məmmədov, 88. Elçin Əsədov.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button