“Sabah” – “Tobol”: Başlama vaxtı açıqlandı

Antalyada təlim-məşq toplanışında olan “Sabah” hazırlıq çərçivəsində növbəti yoxlama oyununu keçirəcək.

Komanda.az xəbər verir ki, “Sabah”ın Qazaxıstanın “Tobol” klubuyla görüşü yerli vaxtla saat 17:00-da, “Titanik” otelinin stadionunda baş tutacaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Sabah” Antalya toplanışı çərçivəsində keçirdiyi ilk yoxlama oyununda Türkiyənin “Əskişəhərspor” klubunu 1:0 hesabıyla məğlub edib.