“Sabah” “Sumqayıt”a məğlub oldu

Milli komandaların oyunları ilə bağlı yaranmış fasilədən yararlanan “Sabah” bu gün yoxlama oyununda qüvvəsini sınayıb.

Komanda.az xəbər verir ki, paytaxt klubu “Sumqayıt”la qarşılaşıb. Dörd qolun qeydə alındığı matçda sevinən tərəf sumqayıtlılar olub.

Yoxlama oyunu

5 sentyabr

Sabah – Sumqayıt 1:3
Qol
: Kevin Kubemba – Əli Qurbani (dubl), Murad Xaçayev.
“Bank Respublika Arena”