“Sabah” “Sumqayıt”dan da güclü oldu

Qəbələdə təlim-məşq toplanışında olan “Sumqayıt”la “Sabah” bu gün yoxlama oyununda üz-üzə gəlib.

Komanda.az xəbər verir ki, dünən əlverişsiz hava şəraiti səbəbiylə yarımçıq dayandırılan oyun bu gün davam etdirilib.

Qarşılaşma “Sabah”ın minimal hesablı qələbəsi ilə başa çatıb. Oyunda yeganə qolu 81-ci dəqiqədə paytaxt klubunun üzvü Slavik Alxasov vurub.

Bu, adıçəkilən komandaların Qəbələdəki hazırlıq prosesində ikinci sınaq matçı idi. “Sumqayıt” “Neftçi”yə böyük hesabla uduzubsa (0:3), “Sabah” “Qarabağ” üzərində əzmkar qələbəyə (2:1) sevinib.

Yoxlama matçı
31 iyul

Sumqayıt – Sabah 0:1

Qol: Slavik Alxasov, 81.
Qəbələ. Şəhər stadionu