“Sabah” “Səbail”i məğlub yola saldı

Qış təlim-məşq toplanışını davam etdirən “Sabah” bu gün yoxlama oyunu keçirib.

Komanda.az xəbər verir ki, Premyer Liqa təmsilçisi paytaxtın digər klubu “Səbail”lə qarşılaşıb.

Masazırdakı “Bank Respublika Arena”da keçirilən oyunun taleyini bir qol həll edib. Coşqun Diniyevin vurduğu yeganə qol “Sabah”a qələbə qazandırıb.

Yoxlama oyunu

14 yanvar

Sabah – Səbail 1:0
Qol
: Coşqun Diniyev, 53.
Masazır. “Bank Respublika Arena”.