“Sabah” – “Səbail” matçı təxirə salındı – Koronavirusa görə

Futbol üzrə Azərbaycan Premyer Liqasının 10-cu turunun “Sabah” – “Səbail” oyunu təxirə salınıb.

Komanda.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, “Sabah” – “Səbail” oyunu bəzi futbolçuların yenidən COVİD-19 testindən keçəcəyi üçün 21.11.2020 tarixdə baş tutmayacaq.

Oyunun tarixi ilə bağlı əlavə məlumat Peşəkar Futbol Liqasının rəsmi saytında yerləşdiriləcək.