“Sabah” Region Liqası klubu ilə qarşılaşacaq

Milli komandanın oyunları ilə bağlı futbol üzrə Azərbaycan Premyer Liqasında fasilə yaranıb.

Komanda.az xəbər verir ki, “Sabah” çempionatda yaranmış fasilə zamanı yoxlama oyununda qüvvəsini sınayacaq.

Sözügedən komanda Region Liqasında çıxış edən “FC Baku” ilə üz-üzə gələcək.

Qarşılaşma martın 24-də “Əlincə Arena”da baş tutacaq və saat 16:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button