“Sabah” Ramin Quliyevlə vidalaşdı

“Sabah” FK baş məşqçisi Ramin Quliyevlə yollarını ayırıb.

Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi sayı məlumat yayıb.

Mütəxəssisin təqdim etdiyi istefa ərizəsi klub rəhbərliyi tərəfindən qəbul olunub.

Ramin Quliyevə xidmətlərinə görə təşəkkür edilib, ona gələcək karyerasında uğurlar arzulanıb.

Quliyev bu ilin mart ayından “Sabah”ın baş məşqçisi idi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button