“Sabah” rəsmisindən transferi gözlənilən Vaqner Lavla bağlı açıqlama

Braziliya millisinin keçmiş futbolçusu Vaqner Lavın “Sabah”a keçməyə yaxın olduğunu xəbər vermişdik.

38 yaşlı hücumçunun tezliklə “Sabah”la müqavilə imzalayacağı gözlənilir.

“Sabah”ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidov məsələ ilə bağlı Komanda.az-a açıqlamasında bunları deyib:

“Transfer çalışmalarımız davam edir. Hazırda transfer danışıqları ilə bağlı məlumat verə bilmərik. Hər hansı futbolçu ilə razılıq əldə olsunsa, bu barədə ictimaiyyətə məlumat veriləcək”.

Son klubu Danimarka “Midtülland”ı olan Lav Rusiyanın ÇSKA, Fransanın “Monako”, Türkiyənin “Alanyaspor”, “Beşiktaş” və Qazaxıstanın “Kayrat” komandalarında da çıxış edib.

Bizi Telegramda izləyin