“Sabah” onun transferini rəsmən açıqladı

2019/2020 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sabah” daha bir futbolçunu heyətinə cəlb edib.

Komanda.az klubun saytına istinadən xəbər verir ki, Məhəmməd Mirzəbəyov bundan sonra “Sabah”ın şərəfini qoruyacaq. 28 yaşlı müdafiəçi ilə 2 illik müqavilə imzalanıb.

Karyerası ərzində “Anji” (Rusiya), “Sumqayıt”, “İnter” və “Qəbələ”nin uğurları üçün çalışmış futbolçunun son komandası “Neftçi” olub. Mirzəbəyov Azərbaycan millisində 18 oyun keçirib.

Məhəmməd “Sabah”ın növbəti mövsüm üçün 4-cü transferidi. Daha öncə Cavid Tağıyev, Kevin Kubemba və Ruslan Abışovla müqavilə bağlanmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button