40-cı məğlubiyyət

“Sabah” komandası Premyer Liqada 40-cı məğlubiyyətini alıb.

Komanda.az PFL-ə istinadən xəbər verir ki, Bakı klubu 3-cü turun “Qəbələ” ilə ev oyununda uduzub – 0:2.

Paytaxt təmsilçisi 2018/19 mövsümündən çıxış etdiyi Premyer Liqadakı 79-cu matçında 40-cı dəfə uduzub. Bakılıların hesabında 19 qələbə və 20 heç-heçə var. Məğlubiyyətlərdən 21-i ev, 19-u səfər görüşündə qeydə alınıb.

Bu mövsümün hər üç matçında uduzan “Sabah” ilk məğlubiyyətini 2018-ci il avqustun 19-da evdə “Sumqayıt”dan alıb – 1:4.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button